Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dotasiya elə bir şeydir ki, ayrılır - neynirsən elə”
Milli Məclisdə büdcə müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bələdiyyələrə 5.2 milyon manat dotasiya və 500 milyon manat subvensiya ayrılıb.

“Mən bəzi deputatlardan fərqli olaraq dövlət büdcəsindən heç bir sahəyə əlavə vəsaitin artırılması haqqında danışmayacam, ayrılan vəsaitin daha səmərəli istifadəsi barədə danışacam. Dotasiya elə bir şeydir ki, ayrılır neynirsən elə. Heç onun hesabatı da yoxdur. Amma subvensiya konkret layihələrlə əlaqədardır. Bu baxımdan subvensiyanın həcmi dotasiyanın hesabına artırılsın”.

Komitə sədri təklif edib ki, dotasiyaya ayrılan vəsait bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının müəyyən qədər ödənilməsinə yönəlməlidir.

“Əslində hazırda bir çox bələdiyyələrin DSMF-yə olan borclarına görə, onların hesabları bağlıdır. Dotasiyanın hesabına bu məsələ həll olunsa, hesab edirəm ki, həm DSMF-nin büdcəsi artar, həm də bələdiyyələrin fəaliyyətində dönüş yaranar”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »