Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İzzət Bağırov: “Mən özümü komediyada görmürəm”
Müğənni İzzət Bağırov ssenari müəllifi olduğu, müzakirələrə səbəb olan “Ümidlər puç olanda” filmindən danışıb.

“Minval.info”ya açıqlama verən ifaçı filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşıladığını deyib:

“Film tamaşaçılar tərəfindən çox bəyənildi. Ekran işində vaxtilə dost olmuş ailənin arasında yaşanan müsibətlərə ekran həyatı vermişik. Filmdə mənim atam öz dostunun günahına görə həbsxanaya düşür. Biz ssenarini elə yazdıq ki, atam həbsxanadan çıxdıqdan sonra bilinir hər şey. Sevgiyə çox da yer verilməyib, faciələr isə olduqca çoxdur. Aktyor heyətini özüm seçmişəm. Samir Qulamova ssenarini verəndə artıq aktyorları seçib, yazmışdım. Peşəkarları yığmışam bir yerə.

Mehriban Xanlarova, Kazım Abdullayev, uşaqlıqdan sevdiyim aktrisa Xalidə Quliyeva, Əjdər Zeynalov rol alıb. Gülşən Hüseynli, Asya Atakişiyeva, Manaf gənc, istedadlı sənətçilərdir. Filmdə aktyor olmayanları çəkmədim. Orada bol sevgi, faciə, qan, ailə problemləri var. Mən əvvəlcədən bilirdim ki, maraq komediyaya olan qədər çox olmayacaq. Hazırda dünyanın hər yerində vəziyyət belədir. İnsanlar daha çox komediyaya baxır. Mən isə bu gerçəkliyi bilə-bilə melodrma çəkdim. Ilk filmim də bu janrda idi. Mən özümü komediyada görmürəm. Bundan sonra çəkdiyim filmlər də komediya olmayacaq. Əsas odur ki, “Ümidlər puç olanda” filminə diqqət var və məni qane edir. Mən öz karyeram, imicim üçün bu filmi çəkmişəm. Bu mənim yolumdur, imicimdir”.

Son xəbərlər
Bütün xəbərlər »