Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gərək adamlar boğulsun ki, metro çəkilsin?!” - Deputat
“Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni özümüz həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın”.

“Qafqazinfo” xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib. Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır: “ Hökumət hətta, naturallılıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir”.

F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır: “Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodankı havasızlıqdan əziyyət çəkir. Gərək 1 milyon havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin?! Amma bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır”.

Qeyd edək ki, çıxışlardan sonra 2019- cu ilin dövlət büdcəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Deputatlardan 105-i lehinə, ikisi isə əleyhinə səs verib. Onu da qeyd edək ki, ikinci oxunuşda müzakirələr noyabrın 23-də davam etdiriləcək.

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
Son xəbərlər
Bütün xəbərlər »