Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarab çıxan qatıqlar “Araz” marketlər şəbəkəsindən yığışdırılır - Foto
Noyabr ayının 13-də saat 21:29 radələrində "Araz" Marketlər şəbəkəsinin Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən mağazasından alınan qatığın xarab çıxması ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən "Araz" Supermarket MMC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova bildirib ki, həmin mallar artıq "Araz" Supermarketlər şəbəkəsindən yığışdırılır, müştəriyə dəymiş ziyan isə ödənilib:

"Noyabrın 13-də saat 21.00 radələrində müştərimiz “Araz” supermarketlər şəbəkəsinin Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən mağazamızdan qatıq alıb və təəssüf ki, istehlak müddətinin bitməməsinə baxmayaraq aldığı qatıq xarab çıxıb.

Dərhal məsələ ilə bağlı araşdırma aparıldı. Qeyd etmək istəyirəm ki, xarab çıxan qatıq ”Ramsüd” firmasının məhsuludur. Yaranmış vəziyyətlə bağlı istehsalçıya artıq məlumat verilib və eyni istehsal tarixinə aid və eyni qablaşdırmada olan qatıqlar “Araz” marketlər şəbəkəsindən yığışdırılır.

Onu da əlavə edim ki, mağazamız tərəfindən müştəriyə dəymiş maddi zərər ödənilib".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »