Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Çindən uyğur məsələsində şəffaf olmağı tələb edib

Almaniyanın xarici işlər naziri Hayko Maas Çində "müsəlmanların yenidən tərbiyələnməsi düşərgəsi"ndə olduqdan sonra bəyanatla çıxış edib.

O, rəsmi Pekini Sintezyan-Uyğur Muxtar Rayonunda müsəlmanların hüquqlarının pozulması, uyğurların məsələsində şəffaflığa əməl etməyə çağırıb.

“Biz yenidən tərbiyələnmə düşərgələrinin mövcudluğunu qəbul edə bilmərik. Vəziyyəti dəyərləndirmək üçün biz daha çox informasiya əldə etməliyik”, - H.Maas Çin baş nazirinin müavini Lyu Xe ilə görüşdən sonra vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl britaniyalı diplomatlar Sintezyan-Urumçu rayonuna səfər edib, çoxsaylı hesabatlarda müsəlmanlar üçün düşərgənin olduğu barədə informasiyanı təsdiqləyiblər. Britaniyanın xarici işlər naziri Ceremi Hant Çində həmin düşərgəni gördüklərini Krallığın parlament üzvləri qarşısında çıxışında bildirib. (Report.az)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »