Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan neft hasilatında tarixi rekord

Rusiya neft hasilatının səviyyəsi üzrə rekord müəyyən edib.

Bu haqda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) noyabr ayı üçün hazırlanan məruzəsində deyilir.

“Rusiya oktyabrda neft hasilatı üzrə yeni post-sovet rekordu müəyyən edib. İlkin hesablamalara uyğun olaraq, neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 50 min barel artaraq 11,6 milyon barel təşkil edib”, - sənəddə bildirilib.

Bundan başqa, OPEK 2019-cu ildə dünyanın neftə tələbatın artım proqnozunu 70 min barel aşağı salıb. Təşkilatın proqnozuna əsasən, tələbat yalnız 1,29 milyon barel (əvvəl proqnoza görə, 1,36 barel təşkil edirdi –red.) artacaq. Bu, qlobal miqyasda dünya iqtisadiyyatının inkişafının qeyri-müəyyənliyi ilə izah olunur. OPEK-in gözləntilərinə görə, növbəti ildə neftə gündəlik tələbat 100,08 milyon barel təşkil edəcək. (Publika.az)

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› ÜST: "Omicron Avropada pandemiyaya son qoya bilər"
Son xəbərlər
Bütün xəbərlər »