Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azəriqaz" İB-nin aparat işçilərinin maaşları gecikdirilir? - Rəsmi açıqlama
""Azəriqaz" İstehsalat Birliyinin mərkəzi aparatında çalışan işçilərin maaşlarını 15 gündür ki gecikdirir".

Bizimyol.info xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, işçilərin maaşı mərhələli şəkildə ödəniləcək:

"Bu günə kimi maaşların ödənilməsində heç bir gecikmə olmayıb. 8 regional qaz idarəmiz, eləcə də Bakının idarəetmə aparatı var. Hər ayın 1-dən etibarən maaşların ödənilməsi həyata keçirilir. Eynən də bu ayın birindən maaşlar mərhələli şəkildə ödənilir. 1 həftə ərzində onlar maaşlarını tam şəkildə əldə edə biləcəklər".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »