Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Körpə qızımın halı pisləşdi, xəstəxanadayam” - Rəqsanə
Müğənni Rəqsanə İsmayılovanın yeni doğulan qızı Mehrimahın halı pisləşib.

Sənətçi bu haqda "Hər şey daxil" verilişinə zəng edərkən deyib. O bildirib ki, oğlu xəstəxanada qalıb, qızını isə evə gətirib:

"Gecə saat 3-də qızın halı pisləşdi, yenidən xəstəxanaya apardıq. İndi də xəstəxanadayam. Uşaqlar vaxtından əvvəl dünyaya gəlib və çəkiləri normal deyil. Oğlan 1 kq 300 q, qız isə 1 kq 450 qramdır. Bu səbəbdən uşaqlar tam olaraq özlərinə gələ bilmirlər. Oğlan aparata qoşulub, qız isə normal idi, halı pisləşdi”.

Qeyd edək ki, əkiz uşaqlara hamilə olan Rəqsanə övladlarını 7 ayı tamam olmamış dünyaya gətirib. Onun övladları şüşə altında saxlanılırdı. İfaçı oğluna Muhammed adını qoyub.

Rəqsanənin əkizləri ikinci nikahından doğulub. İfaçı əri Fazil bəylə birlikdə Rusiyada yaşayır. Sənətçinin Aysu və Yağmur adlı iki övladı da var.(Axşam.az)

Son xəbərlər
Bütün xəbərlər »