Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“10 mindən çox iş yerinin açılması gözlənilir”

Milli Məclisdə müdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı və 3,9 mlrd. dollar təşkil edəcəyi gözlənilir.

Bizimyol.info-nun xəbərinə görə nazir bildirib ki, investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verir: “İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən layihələrə ümumilikdə 2,7 mlrd. manat investisiya yatırılması və 21 min yeni iş yerinin açılması planlaşdırlır”.

Nazir qeyd edib ki, cari ilin ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir.

"Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Tam fəaliyyət nəticəsində il ərzində təxminən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı mümkün olacaq. Ümumilikdə, 10 mindən çox iş yerinin açılması gözlənilir".

O bildirib ki, hər zaman olduğu kimi gələn il də əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »