Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat müəllim və həkimlərin maaşlarının azlığından şikayətləndi

“Azərbaycan prezidenti səviyyəsində elmlə bağlı qəbul edilən xeyli sənədlər var. Həmin sənədlərdə elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılmasının vacibdliyi vurğulanır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentdə bugünkü büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda elmə ayrılan vəsait ÜDM-nin 0,16 faizini təşkil edir.

“Bu, iqtisadi təhlükəsizlik nöqteyi-nəzərdən həmin sahəyə ayrılan və ayrılmalı olan vəsaitdən 12 dəfə aşağıdır. Büdcədən isə cəmi 0,5 faiz elmə vasait ayrılır.

Əgər biz elmi inkişaf etdirmək istəyiriksə, elmin maliyyələşməsin 0 trayektoriyasından çıxartmalıyıq. Nəzərə alsaq ki, təhsildə çalışanların əməkhaqları orta əməkhaqlarından 40 faiz, səhiyyədə çalışanların maaşları orta əməkhaqlarından 60 faiz, elmdə çalışanların da maaşları orta əməkhaqlarından xeyli aşağıdır.

Hesab edirəm ki, bu sahədə çalışanların əməkhaqları artırılmalıdır. Bu sahədə çalışanların maaşlarının orta əməkhaqqına çatdırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »