Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1 saylı Kliniki Tibbi Mərkəzdə pul yığımı? - Fotofakt
Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində yerləşən, "Semaşko" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzində xəstə yanına gələn ziyarətçilərdən pul yığılmasına dair məlumatlar yayılıb.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən tirajlanan məlumata görə xəstəxanaya ziyarətçi qismində gələn hər kəsdən 1 manat məbləğində pul yığılır. Məlumatda həmçinin o da qeyd edilib ki, pulu xəstəxananın mühafizəçiləri yığır, vermədikdə isə fiziki güc tətbiq edirlər.

Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzi ilə əlaqə saxladıq. Telefon zənginə cavab verən xanım məsələ ilə bağlı danışmaq səlahiyyətinin olmadığını, onun adi operator olduğunu bildirərək zəngi xəstəxananın baş həkim müavini Adil Salahova yönləndirdi. Sonradan Adil Salahovun hüzr mərasimində iştirak etdiyi üçün işdə olmadığını bildirdi.

Xəstəxananın baş həkimi Ədalət Dadaşovla bir neçə dəfə əlaqə saxlamaq istəsək də zəngimizə cavab verilməyib.

Bununla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sosial şəbəkələrdə yayılan məlumatı oxucularımıza təqdim edirik:

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »