“Qafqazinfo” xəbər verir ki, “kral klubu” rəhbərliyi Santyaqo Solarinin mövsümün sonuna kimi baş məşqçi olacağını açıqlayıb.
“Real”ın B komandasından gətirilən Solarinin baş məşqçi kimi təqdim olunması üçün sənəd də İspaniya Futbol Federasiyasına göndərilib.
Qeyd edək ki, “Real” Solarinin rəhbərliyi altında keçirdiyi bütün oyunlarda qalib gəlib.