Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstandan Rusiyaya hərəkət məhdudlaşdırıldı
Güclü qar yağması və yolun buz bağlaması səbəbindən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars (Hərbi yol) avtomagistral yolunun Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli yük avtomobillərinin hərəkəti qadağan edilib.

Bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, digər avtomobillər hələlik yol polisi əməkdaşlarının nəzarəti altında dayanmadan hərəkət edə bilərlər.

Yolda hər hansı səbəbdən dayanma ciddi problemlərə səbəb olduğu üçün avtomobillərin dayanması qadağan edilib.

Qar və bəzi ərazilərdə yağışların intensiv xarakter alması, havaların kəskin soyuması səbəbindən yolun nə zaman tam açılacağı barədə məlumat verilmir. (Axar.az)

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »