Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belçikada ölülər dəfn edilməyəcək, tarlada istifadə olunacaq

Belçikanın paytaxtı Brüsseldə dəfn xidmətləri ilə bağlı qanunvericilikdə dəyişiklik olunub və ölən şəxslərin taxta tabutla basdırılması ənənəsi ortadan qaldırılıb.

Alınan qərarla cəsədlər xumuslu torpağa çevrilərək kənd təsərrüfatında istifadə ediləcək.

Yeni qərarla razılaşmayanlar üçün isə fərqli metodlar tətbiq edilib və cəsədlərin xüsusi bir maye sayəsində tamamilə yox ediləcəyi nəzərdə tutulub.

Bu metod sayəsində cəsədlər kəsilmiş ağacların içindən əldə edilən mikroorqanizmlər sayəsində 12 ay ərzində maye halına gətirilərək olduqca səmərəli və sağlam xumuslu torpağa çeviriləcək.

Dəfn istəməyənlər üçün bir başqa xidmət isə cəsədin əridilməsidir. Ölən adamın bədəni 96 dərəcəlik bir istiliklə sulu məhlul içində təxminən 4 saat ərzində tamamilə əridiləcək.

Yenilənən yeni cənazə qanunvericiliyi çərçivəsində öldükdən sonra yandırılmaq istəyənlərin küllərinin səpilməsi üçün də yeni sahələr müəyyənləşdirilib.

Qeyd edək ki, parlament yeni tənzimləmə ilə ətraf mühit problemləri və qəbiristanlıq problemlərinin qarşısını almağı hədəfləyir. (Moderator.az)

Son xəbərlər
Bütün xəbərlər »