Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev A.S.Məmmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

***

İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Abdullayev Akif Hacı oğlu

Feyzullayev Tural Hicrət oğlu

İsayev İdris Balakişi oğlu

Qasımlı Vüsal Əfras oğlu

Məmmədov Sahib Əli oğlu

Lətifov Ragim Əhəd oğlu

Rüstəmli Elsevər Mövlud oğlu

Vəliyev İlkin Etibar oğlu

Vəliyev Sərvər Yaqub oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qədirov Ayaz Tofiq oğlu

Məmmədova Fərəh Fərahim qızı

Sadıqov Rafiq Fazil oğlu

Şahbazov Famil Fariz oğlu

Şirinov Şamil Vidadi oğlu.

Son xəbərlər
Bütün xəbərlər »