Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər bədənin hansı saatlarda daha çox arıqladığını müəyyən etdi
Sən demə, tez arıqlamaq üçün təxminən eyni vaxtda oyanmaq və yatağa girmək lazımdır.

Harvard Universitetinin tibb məktəbinin alimləri müəyyənləşdirib ki, eyni vaxtda yatan və yuxudan oyanan insan daha çox kalori yandırır.

Mütəxəssislər bu nəticəyə yeddi könüllüdən ibarət qrup üzərində təcrübə apardıqdan sonra gəlib. İştirakçılar bir aydan çox pəncərəsiz laboratoriyada heç nəyə yüklənmədən rahat vəziyyətdə yaşayıblar. Vaxtı bilməsinlər deyə, alimlər onlardan telefonları və saatı alıb. Gün rejimini diyetoloqlar ciddi qaydaya salıb. Bunun sayəsində alimlər aydınlaşdırıb ki, dinclik vəziyyətində bədənin kalori yandırması sirkad ritmlərdən asılıdır.

Əgər "bioloji" və "faktiki" axşam üst-üstə düşürsə, insan orqanizmi hər saat daha çox yağ yandırır. İstifadə edilən qidaların miqdarı və əlavə məşqlər bu zaman kalori yandırılması prosesinə təsir göstərmir.

Yəni dəqiq gün rejimi və "bioloji çəkiyə" əməl etmək arıqlamağa kömək edə bilər. Həkimlər eyni saatda yatmağı və durmağı, eyni zamanda orqanizmə "qulaq asmağı” məsləhət görüb. Tədqiqat müəllifləri məsələni belə izah edib:

"Bir çox adamlarda bioloji və faktiki axşam üst-üstə düşür. Amma insan rejimini pozaraq yatağa gec girirsə, onda bioloji və faktiki gecə arasında fərq artır. Nəticədə bioloji axşam gecəyarı və ya tez səhərin erkən saatlarına təsadüf edir ki, bu da kalori yandırılmasını əlverişsiz edir”.

Alimlər onu da əlavə edib ki, ən az kalori miqdarı səhər dörddən altıya qədər, ən böyük kalori miqdarı isə saat 17: 00-dan 20: 00-dək yandırılır.(Publika.az)

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Onlayn Həcc ziyarətinə ilahiyyatçıdan etiraz
Son xəbərlər
Bütün xəbərlər »