Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fazil Mustafa Jirinovskiyə: Belə məntiq ola bilməz axı?!
Vladimir Jirinovski kimi düşünənlər, o “düşüncə”də olanlar Rusiyada az deyil. Yəni, o “düşüncə”də olanlar az qala belə hesab edirlər ki, bütün dünya, Antarktida onlara birləşdirilməlidir, “fikirləşirlər” ki, harada boş torpaq, ərazi varsa, niyə də boş qalsın, elə onlara birləşdirilsin. Amma çox məntiqsiz və əsassız yanaşmadır, düşüncədir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin həll olunmamış regional münaqişələr, o cümlədən, Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, harada hər hansı bir problem, ərazi münaqişəsi varsa və həmin məsələ həll olunmayıbsa, bu, o demək deyil ki, o, başqasına birləşdirilməlidir.

“Harada problem, ərazi münaqişəsi varsa və o, bu və ya digər səbəbdən çözülməyibsə, o zaman onu həll etmək etmək lazımdır. Çalışmaq lazımdır ki, həmin problem və ya problemlər öz həllini tapsın. Yoxsa, tutaq ki, Çində problem varsa, onu başqasına birləşdirmək lazımdır və ya İranda problem varsa, onun başqasına vermək lazımdır, belə məntiq ola bilməz axı?!

Jirinovskinin “təklif”i bir az da təxribat xarakterlidir və ona baş qoşmaq lazım deyil.

Qarabağa gəlincə, o, əzəli-əbədi, tarixi Azərbaycan torpağıdır və nəhayət, bir gün gələcək, Azərbaycan orada öz suveren hüquqlarını tam bərpa edəcək”. - deyə F.Mustafa əlavə edib.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »