Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror mebel mağazasının satış menecerinə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Tural Gülüşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib.

İttiham aktına əsasən, T.Gülüşov "Modern" mebel şirkətinin Babək prospektində yerlən "Green Wood" mağazasında satış müdiri və menecer vəzifəsində çalışan zaman vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Belə ki, o, şirkətin digər əməkdaşı Əfsanə Rəhmanova ilə qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər.

Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib. T.Gülüşov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

O qeyd edib ki, dəymiş ziyandan 11 min manatı özü, 10 mini isə R.Rəhmanova ödəyib.

R.Əhmədova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib və eyni ittihamla təqsirli bilinir.

Xatırladaq ki, T.Gülüşov Cinayət Məcəlləsinin 179.3.2-ci (məmimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »