Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN-dən sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq edib.

DİN-dən verilən məlumata görə, son günlər nazirliyin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır.

Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır:

“Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərlərdən istifadə etməməyi tövsiyə edirik.

Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq iki ilə yaxındır ki, fəaliyyət göstərir.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “Instagram”, “Twitter” və “Youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

“Facebook” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

“Instagram” – azerbaycan.din

“Youtube” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

“Twitter” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi”.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »