Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Elzaya görə İnstaqram-da bütün müğənniləri sildim" - Xatirə
Müğənni olmasaydım, vizajist olardım. Çünki mən peşəkarlardan dərs almışam. Ərim müğənnilik etməyə qoyur, yəqin vizajistliyə də icazə verərdi.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "X maqazin" verilişində deyib. Sənətçi vizajistliyi bacardığını deyib.

Xatirə son günlər gündəmdən düşməyən müğənnilərdən danışıb və onların səsi olmadığını deyib:

"İndi səsi olmayan sənətçilər var ki, gündəmdədir. Müştəri başa düşmür ki, səsi var, ya yoxdur. Gündəmdədirsə, demək, məclisə çağırmaq lazımdır.

Bizdə sənətə qiymət verilmir. Onun əynindəki brendlərə, məclisə gəldikləri maşına baxırlar. Ona görə də təzə gələn müğənnilər yanına iki-üç köməkçi götürür, məclisə birinci onlar girir. Onlara hörmət qoyurlar, demək, insanları elə aldatmaq lazımdır. Baxırsan imkanlı adama, toyuna çağırdığını görürsən. Deyirsən, bu adam buna qulaq asır?"

Müğənni telefonuna özü cavab verməyən sənətçiləri qınayıb:

"Ulduzluq sevdasıdır... Biz onu bir vaxtlar yaşayıb qurtarmışıq. Yüksək sənəti olan insanlar o şeylərə getmirlər".

İfaçı sosial şəbəkədə izlədiyi məşhurların adların açıqlayıb:

"Əvvəl Elza Seyidcahanı izləyirdim. Onun təbii dişlərindən və kirpiklərindən xoşum gəlir. Bir gün oyandım ki, birdəfəyə yüz foto qoyub. Götürüb bütün məşhurları izləmədən sildim. İndi iyirmiyə yaxın insan izləyirəm".

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »