Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni təmir olunub amma elə bilirsən kəndin daş-kəsəkli yolundasan" - Açıqlama
"Heydər Əliyev prospektinin "Koroğlu" metrostansiyasının yanından Zabrat körpüsünə qədər olan hissəsi bu il təmir edilsə də yollar narahatdır. Həmin yoldan keçərkən maşın sanki daşlı-kəsəkli yollarla gedir. Zabrat körpüsünü keçib köhnə yola çıxanda hiss edirsən ki, düz yolla gedirsən və maşın atılıb-düşmür, sirkələnmir".

Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkədə şəxsi hesabında yazıb. O yolların təmir olunmasından narazı qaldığını və bu yolla yenidən yol təmir etmək üçün bu yollardan istifadə etdiklərini bildirib.

Bununla bağlı Bizimyol.info - ya danışan "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirib ki, çox adam çox söz deyə bilər amma yollar müasir texnologiyalar vasitəsilə salınır, narahatçılığı olanlar isə rəsmi qaydada müraciət etdikdə biz onu araşdıra bilərik:

"Yollar müasir standartlara uyğun olaraq çəkilir. Hansısa yolda problem varsa, narahatçılıq yaranırsa rəsmi olaraq müraciəte etsinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə , məsələ araşdırılsın-aydınlaşdırılsın onlara rəsmi cavab verilsin. Çox mülahizələr irəli sürülə bilər, çox adam çox söz deyə bilər mən də daxil olmaq şərti ilə. Amma araşdırılma aparmadan nəsə fikir bildirmək doğru deyil. Həmin yolda sirkələnməni necə ölçdülər, necə müəyyən etdilər ki, normadan artıqdır?

Mən deməzdim ki, tikinti normalarına uyğun olaraq iş aparılmayıb, xüsusən də ən çox işlənilən yolda. Həmin yolla ölkəmizə qonaqlar gəlir, yüksək çinli məmurlarımız hərəkət edirlər. İndiyə kimi həmin yollardan bu tip şikayətlər, müraciətlər almamışıq".

Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »