Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının bu qəsəbəsi tamamilə söküləcək
Yaxın günlərdə Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq.

Bu barədə virtualaz.org saytına “Şanxay” sakinlərinin özləri məlumat veriblər.

“Şanxay”lıların sözlərinə görə, ötən həftədən evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib.

Qəsəbə sakini Süleyman Məmmədov deyir ki, evləri qeydiyyata alanlar söküləcək evlərə görə ödəniləcək məbləği açıqlamır, bu isə sakinlərin narahatlığına səbəb olub. “Suallarımıza cavab ala bilmirik, heç kim kvadrat metrə görə nə qədər ödəniləcəyini demir. Bəziləri 1000, bəziləri isə 1200 manatdan ödəniləcəyini söyləyir. Bundan əlavə, həyət, qeyri-yaşayış sahələrinin nəzərə alınıb-alınmayacağını da öyrənə bilmirik”, - Məmmədov qeyd edib.

Qeyd edək ki, “Şanxay”da - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »