Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan Jirinovskinin təklifinə sərt reaksiya
Vladimir Jirinovskinin ampluası hamıya yaxşı məlumdur və yenə də öz “ənənəsinə” sadiqdir. Onun Qarabağla bağlı səsləndirdiyi köhnə-təzə “təklif” də qeyri-real və tarixi həqiqətlərlə heç bir bağlılığı olmayan bir təklifdir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin həll olunmamış regional münaqişələr, o cümlədən, Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı fikirlərinə münasibətini ifadə edərkən bildirib.

Millət vəkili bildirib ki, Jirinovski gündəmdə qalmağa çalışır.

“Çünki son zamanlar onun reytinqi ilə bağlı problemi var və bu məsələni dilə gətirməklə, yenidən gündəmdə olmağa, “reytinq”ini artırmağa cəhd göstərir. Əslində, Jirinovski və onun kimilər hələ də anlamırlar ki, dünyanın yeni düzəni, dünyanın xəritəsi var. Bu da ölkələrin, dövlətlərin ərazi bütövlüyünün qorunub-saxlanılmasıdır. Bunun pozulması isə dünyanın yenidən qarışması demək olardı. Odur ki, buna yol vermək olmaz.

Jirinovskinin bu “təklifi” yeni deyil, əvvəllər bu cür qeyri-real və utopik fikirlər səsləndirib. Ola bilər ki, yenə kiminsə sifarişini yerinə yetirir. Amma bütün hallarda yolverilməz və qəbuledilməzdir”, - deyə A.Mirzəzadə əlavə edib.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »