Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə Trampa etiraz etdilər

Fransanın paytaxtı Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı keçirilən tədbirə 47 dövlət və 23 hökumət rəhbəri qatılıb.

Parisdə səfərdə olan ABŞ prezidenti Donald Tramp müxtəlif ölkələrin vətəndaşları tərəfindən etirazla qarşılanıb.

Etiraz aksiyasında Tramp Orta Şərq və Afrikadakı ölkələrdə problem yaratmaq və silah sataraq bir çox dövlətin rahatlığını pozmaqda ittiham edilib.

Etirazçılar ABŞ-ın Fələstin probleminin həllinə mane olduğunu, İsraili dəstəklədiyini bildirərək Yəmənə silah satışının və Suriyada qətliamın dayandırılmasını tələb ediblər.

Bundan başqa, etirazçılar Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin kimi liderlərə qarşı da şüarlar səsləndirərək onları sülhü təmin etmədiklərinə görə tənqid ediblər. (Qafqazinfo.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »