Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu - Fotolar

Türkiyənin İstanbul şəhərində 40-cı dəfə marafon yarışı təşkil olunub.

15 iyul Şəhidlər Körpüsünün yaxınlığından başlayan qaçış Sultanəhməd Meydanında başa çatıb.

42 km 195 metrlik məsafəni kişilər arasında keniyalı atlet Feliks Kimutayi birinci bitirib. O, həmin məsafəni 2 saat 9 dəqiqə 57 saniyəyə qaçaraq rekord qırıb. Daha öncəki rekord 2 saat 22 dəqiqə 36 saniyə idi.

Bəhreynli Abdi İbrahim Abdo 2 saat 10 dəqiqə 37 saniyə ilə ikinci, Keniya əsilli fransız Abraham Kiprotiç isə 2 saat 10 dəqiqə 55 saniyə ilə üçüncü olub.

Qadınlarda da keniyalı atlet qalib olub. Rut Çepngetiç finişə birinci çatıb. O, məsafəni 2 saat 18 dəqiqə 35 saniyəyə qaçaraq özünə məxsus rekordu (2 saat 22 dəqiqə 36 saniyə) yeniləyib.

Onun həmyerlisi Marqaret Aqayi 2 saat 25 dəqiqə 4 saniyəlik göstərici ilə ikinci, efipoiyalı Fatuma Sado isə 2 saat 31 dəqiqə 5 saniyə ilə üçüncü olub. (Qafqazinfo.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »