Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda daha bir qəsəbə büsbütün söküləcək
Yaxın günlərdə Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Bu barədə “Şanxay” sakinləri məlumat verib.

“Şanxay”lıların sözlərinə görə, ötən həftədən evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib.

Qəsəbə sakini Süleyman Məmmədov deyir ki, evləri qeydiyyata alanlar söküləcək evlərə görə ödəniləcək məbləği açıqlamır, bu isə sakinlərin narahatlığına səbəb olub. “Suallarımıza cavab ala bilmirik, heç kim kvadrat metrə görə nə qədər ödəniləcəyini demir. Bəziləri 1000, bəziləri isə 1200 manatdan ödəniləcəyini söyləyir. Bundan əlavə, həyət, qeyri-yaşayış sahələrinin nəzərə alınıb-alınmayacağını da öyrənə bilmirik”, - Məmmədov qeyd edib.

Nizami Rayon İcra Hakimiyyətindən deyiblər ki, “Şanxay” qəsəbəsində evlər dəmiryolu xəttinin üstündə yerləşdiyindən söküntü işlərinə də Dövlət Dəmir Yolu İdarəsi QSC baxacaq.

DDYİ-dən isə suallarımıza cavab ala bilmədik.

Qeyd edək ki, “Şanxay”da - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. “Şanxay”dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mertdir. (virtualaz.org)

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »