Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da meşə yanğınları: Onlarla ölü

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.

Associated Press agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Xilasedicilər ərazidə daha 14 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 9 nəfərin öldüyü bildirilirdi.

ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan edib. O, həmçinin yanğınla mübarizə və gələcək bərpa işləri üçün Kaliforniya ştatına federal büdcədən lazımı vəsait ayrılması barədə göstəriş verib.

Xatırladaq ki, “Campfire” adını almış meşə yanğını noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

“Campfire” artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb. (Oxu.az)

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
››› İtkin düşən 21 yaşlı qız Bakıda tapılıb
Son xəbərlər
Bütün xəbərlər »