Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb turist restoran sahibini döydü - HESABA GÖRƏ
Bakıda xarici ölkə vətəndaşları arasında dava-dalaş olub.

lent.az bildirir ki, İçərişəhərdə - H.Z.Tağıyev küçəsində yerləşən və Pakistan vətəndaşı olan 1971-ci il təvəllüdlü Malik Azhar Abbasa məxsus "Tac Mahal" restoranında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxs hesabla bağlı narazılığını bildirib. Hesabın şişirdildiyini deyən turist xidmətçilərlə mübahisə edib və məsələni aydınlaşdırmaq üçün obyektin sahibi olan pakistanlı iş adamı masaya yaxınlaşıb. Bu zaman tərəflər arasındakı münaqişə daha da şiddətlənib və ərəb turist pakistanlı iş adamına hücum edərək ona zərbələr endirib.

Restoranın sahibi üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib. onun xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
››› Hazırkı tendensiya ana dilinin gələcəyi üçün təhlükə yarada bilər
Son xəbərlər
Bütün xəbərlər »