Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saçınızın rəngi xoşunuza gəlmirsə, bunları edin – Xanımlara tövsiyə
Saçınızı özünüz boyayırsınız və son rənglənməniz də fəlakətlə nəticələnib? Bir az cəsarətiniz varsa, gözəllik salonuna qaçmaq yerinə özünüz də bu probleminizi həll edə bilərsiniz.

Parlaq saç tonlarını təbiiləşdirmək

Sarı saç boyanız təbii olmayan bir tonla nəticələnibsə, kül rəng tonlarda bir boya ilə daha təbii görünməsinə nail ola bilərsiniz. Boyanızın rənginə görə orta, açıq, ya da çox açıq kül tonlarından birini istifadə edərək, saçınıza arzu etdiyiniz təbii işıltı və kölgələr qazandıra bilərsiniz.

Çox tünd tonlar

Saçınızın şokolad qəhvəyisi rəngində olmasını gözləyərkən, gecə qaranlığı bir rənglə qarşılaşdınızsa, o dəqiqə təşvişə düşməyin. Əvvəlcə təmizləyici, saç rəngini aparan bir şampunla saçlarınızı yuyun. Saçları yuduqca boyunun çoxu solub gedər, amma bu şampunlar həmin müddəti qısaldır. Xüsusən də saçlarınıza zeytun yağı sürtüb bir neçə saat saxladıqdan sonra yusanız, bir neçə gün içində qara tonların qəhvəyi rənginə döndüyünü görəcəksiniz.

Təbii saç rənginə dönmək

Saçınızı tünd bir rəngə boyamısınız və peşman olmusunuz? Saçınızı kimyəvi məhsullarla ağardıb yenidən boyamaq yerinə rəng soldurucu məhsullar istifadə edin.

Yaşıl tonları

Sarı saçlarınızı bir az tündləşdirib qumrallar arasına qatılmağa qərar verdiniz, amma yaşıla çalan bir tonla qarşılaşdınızsa, həyəcanlanmayın. Qızıl tonlarda keçici boyanı saç nəmləndiricinizə əlavə edərək, yaşıl tonların neytrallaşmasına nail ola bilərsiniz.(Milli.Az)

Son xəbərlər
Bütün xəbərlər »