Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızdırmanı dərmansız salmağın yolları - Daha asan
Soyuqdəymə və qrip zamanı bədən hərarəti artır ki, bu əksər insanlarda narahatçılığa və qorxuya səbəb olur.

Lakin bundan qorxmaq lazım deyil. Hərarətin artması tam normal təbii prosesdir, orqanizmin müdafiə mexanizmidir. Hərarətin artması insanın immun sisteminə daha fəal işləməyə kömək edir ki, nəticədə insan daha tez sağalır. Bu səbəbdən həkimlər ağır xroniki xəstəlikləri olmayan cavan insanlara 38,5 C qədər hərarəti salmağı tövsiyə etmirlər.

Medicina.az bildirir ki, hərarət 38,5 C qalxdıqda isə dərhal dərmanlara əl atmayın. Hərarət salan dərmanların əksər hissəsinin müxtəlif yanaşı təsirləri var. İlk növbədə hərarəti fizioloji üsullarla salmağa çalışın.

Bu üsulları təqdim edirik:

1. Yüksək hərarəti olan insan az hərəkət etməli, uzanmalıdır. Hərəkət bədən hərarətinin artmasına gətirib çıxardır.

2. Xəstənin paltarı mümkün qədər yüngül olmalı, otağın temperaturu 18-20 C olmalıdır. İsti yorğan, otağın isti havası hərarətin artmasına səbəb olacaq.

3. İlıq suda dəsmal isladın və xəstənin bədənini yüngül sürtün. Bu sadə üsul hərarətin düşməsinə kömək edir. Suya araq və ya sirkə əlavə edə bilərsiniz. Soyuq sudan istifadə etməyin, bu damarların sıxılmasına və hərarətin daha da artmasına səbəb olacaq.

4. Alın, gicgahlar, qolaltı, qasıq büküşlərinə sirkəli suda (20-22 C) isladılmış kompreslər qoyun. Kompresləri hər 10 dəqiqədən bir dəyişin.

5. Çoxlu maye qəbul edin. Bu limon, moruq və ya zoğal mürəbbəsi əlavə olunmuş su, itburnu dəmləməsi, nanə və ya çobanyastığı çayı, ballı-zəncəfilli çay ola bilər. Çay, qəhvə, şirin içkiləri qəbul etmək tövsiyə edilmir.

6. Adətən hərarətin yüksəlməsi zamanı iştaha azalır. Xəstəni zorla yedizdirməyin. Qida qəbulu hərarəti artırır.

Fizioloji üsullar kömək etmirsə və hərarət artırsa, tərkibində ibuprofen olan hərarət salan dərman qəbul edin. İbuprofen tərkibli preparatlar hal hazrda ən ziyansız sayılır.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »