Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Efirləri falçılar, ekstrasenslər, “mollalar” zəbt edib - Etiraz
Falçılar, ekstrasenslər, “mollalar” efirləri, ekranları zəbt ediblər.

Oxu.Az xəbər verir ki, bunu professor, millət vəkili Rafiq Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, çox yaxşı haldır ki, artıq bu “ənənə”yə, tendensiyaya son qoyulacaq.

Millət vəkili hesab edir ki, Milli Məclisin (MM) artıq ikinci oxunuşunun müzakirəsinə tövsiyə olunan “Psixoloji yardım haqqında” qanun layihəsi bunun qarşısının alınmasında böyük rol oynaya bilər və oynayacaq.

“Psixoloji yardım haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması çox təqdirəlayiq haldır. Bu, çox böyük uğurdur. Əslində, biz bir qədər gecikmişik, bu, öncədən olmalı idi. Çünki bu gün bizdə peşəkar psixoloqlara ciddi ehiyac var.

Bizdə psixoloq qıtlığı yaşanır. Bunu da fürsət bilən falçılar, ekstrasenslər, “mollalar” efirlərimizi, ekranlarımızı zəbt ediblər, hamımız bunun şahidiyik. Yəni, insanlarımız özləri də, əslində, buna, belələrinə şərait yaradıb. Hamı uzun illər onların yanına axışıb.

Ona görə hesab edirəm, belə bir sənədin müzakirələrə çıxarılması, xüsusilə də, psixoloqlarla bağlı məsələnin önə çəkilməsi məni çox sevindirir.

Sevindirir ki, artıq canımız belələrindən az da olsa, qurtulacaq”, - deyə millət vəkili əlavə edib.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »