Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mişel Obama Trampı ömür boyu bağışlamayacağını bildirib
ABŞ-ın keçmiş birinci xanımı Miişel Obamanın çoxdan gözlənilən “Becoming” (Təşəkkül”) adlanan xatirə kitabı nəhayət, çapdan çıxır.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, burada xanım Obama həyat yoldaşı keçmiş prezindet Barak Obama ilə birlikdə həyat hekayəsinin maraqlı anlarını paylaşıb.

Mişel Obamanın kitabında Trampa ayrıca diqqət verilib. Təbii ki, neqativ çalarlarda..

Mişel Obama Donald Trampı qəsdən ərinin doğulduğu yer haqqında yalan məlumat yayaraq onun legitimliyini hər yerdə şübhə altına qoyduğunu yazıb. Mişel Obamanın fikrincə, Tramp bununla onun ailəsinin təhlükəsizliyini ciddi şəkildə təhdid edib. Xanım Obama bu səbəbdən ABŞ-ın indiki prezidentini əsla əfv etməyəcəyini yazıb.

“Bəlkə kimsə ağlını itirmiş birisi dolu tapançayla bu üzdən Vaşinqtona gələ bilərdi. Bəlkə həmin adam mənim qızlarımın arxasınca düşərdi. Donald Tramp özünün ağılsız və yüksəkdən səsləndirdyi eyhamları ilə mənim ailəmin təhdid altında qalmasına səbəb olub və buna görə onu heç vaxt bağışlmayacağam”,- deyə Mişel Obamanın kitabında belə bir cümlə yer alıb.

Qeyd edək ki, Donald Trampın da cavabı özünü çox gözlətməyib. ABŞ prezidenti keçmiş birinci xanımın kitabında yer alan sözləri ilə bağlı verilən suallara həmişəki tərzində cavab verib: “Kitaba görə Mişel Obama xeyli pul alıb, burada isə həmişə ziddiyyətli məqamlar olur”. Tramp bildirib ki, o da onun əri Barak Obamanı ABŞ ordusuna etdiklərinə görə bağışlamayacaq.

“Mən onu başqa əməllərinə də görə bağışlayan deyiləm. Onun ordumuzla bağlı etdikləri bu ölkəni sən, sən və səndən ötrü (prezident əli ilə bir-bir reportyorları götərir) təhlükəli hala gətirib”.

Qeyd edəki, Mişel Obama kitabında Donald Trampı qadınlara qarşı kobud və tərbiyəsiz davranmaqda da ittiham edib.

Mişel Obama özünü 2020-ci ildə prezidentliyə namizəd olacağı ilə bağlı iddialarına da aydınlıq gətirib: “Mən heç vaxt siyasət azarkeşi olmamışam. Son on ildə yaşadığım bu sahədə az şey dəyişib. Mən çirkinlikdən aralı olmaqda davam edəcəyəm”, -xanım Obama yazıb.

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »