Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada mobil telefon rabitəsi üçün yeni antena hazırlanıb

Müasir dünyada mobil telefonlar üçün siqnalları ötürən antenalar mühüm əhəmiyyətə malikdir. Lakin bəzi hallarda onların görünüşü xoş təsir bağışlamır.

Bizimyol.info AZƏRTAC-a istinadən bildirir ki, iki yapon şirkəti antenaları bizi əhatə edən peyzajda maskalamaq üsulu hazırlayıblar.

Yaponiyanın telekommunikasiya operatoru "NTT Docomo" və şüşə istehsalı ilə məşğul olan "AGC" şirkətləri noyabrın 7-də yeni antena növünü ictimaiyyətə təqdim ediblər.

Metaldan hazırlanan yeni antena pəncərə şüşəsinə yerləşdirilib və o, burada demək olar ki, diqqəti cəlb etmir.

Yeni qurğu siqnalı 200 metr məsafəyə ötürməyə qadirdir. Yeni məhsul öz tipində ilk qurğu hesab edilir.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »