Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsxanada 24 nəfərin ölümünü İŞİD üzərinə götürdü

Tacikistanın şimalında yerləşən Xudjand şəhərində ciddi rejimli həbsxanada baş verən silahlı qarşıdurmaya görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Bu haqda “Azadlıq” radiosunun tacik xidməti İŞİD-ə yaxın “Amaq” agentliyinə istinadən bildirib.

“Qiyamı koloniyada cəza çəkən bu təşkilatın tərəfdarları təşkil etdi”, - nəşrin mənbəyi bildirib.

Xatırladaq ki, hadisə ötən gün davam edib. Məhbuslardan biri - İŞİD terror təşkilatının üzvü mühafizəçilərdən birini tərksilah edə bilib. Ondan avtomat silahı alan məhbus nəzarətçilərə və mühafizəçilərə atəş açmağa başlayıb.

Qarşıdurma nəticəsində ən azı 24 nəfər həlak oldu, onlarla insan yaralanıb. Altı mühafizəçi xəstəxanaya yerləşdirilib. Qiyam Soqdi vilayətinin Daxili İşlər Şöbəsinin xüsusi təyinatlı dəstəsi qiyamı tərəfindən yatırılıb. (Publika.az)

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »