Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Lənkəran şəhərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Bəxtiyar Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 111 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Narkotik vasitəni B.Hüseynova satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Səfər Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə S.Ağayevin evindən çəkisi 1 kiloqram 260 qram heroin və 1 kiloqram 13 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »