Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amaliya Pənahovanın ölüm xəbərini yayan aktrisa: 3 gün qabaq bizi...
Ötən gün gecə saatlarında xalq artisti Amaliya Pənahovanın 1 ildən çoxdur əziyyət çəkdiyi ortaya çıxan xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri ölkədə böyük kədərə səbəb oldu.

Milli.Az xəbər verir ki, mərhum sənətkarın ölüm xəbərini ilk olaraq ictimaiyyətə bildirən əməkdar artist Hüsniyyə Mürvətova gözyaşı içində "Səni axtarıram"da xalq artistindən danışıb.

Aktrisa Bələdiyyə teatrında rəhbərliyi altında çalışdığı Amaliya Pənahovanın xərçəng xəstəsi olduğundan bixəbər olduqlarını bildirib:

"1 il imiş xərçəng xəstəsi idi. Amma bizə heç nə deməmişdi, heç nə bilmirdik. Son günlərə kimi bizlə bir yerdə oldu. Ayın 31-də Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş "Şanlı vətən" tamaşasının premyerası oldu. Premyeradan 3 gün qabaq bizi yığdı, hamımıza məsləhətlərini verdi, tövsiyələrini dedi - Qızlara ayrı, oğlanlara ayrı. Amma premyeraya gəlmədi. İlk dəfə idi Amaliya xanımsız premyeramız oldu bizim. Yenə heç nə hiss etmədik. Gül göndərmişdi. Tamaşadan sonra biz hamımız səs-küylə bir-birimizi təbrik etdik, Wathsapp-da video vasitəsi ilə Amaliya xanıma salamımızı, təbrikimizi göndərdik. O da məni təbrik edərək "Hamınız çox istedadlısınız, Hüsniyə. İki-üç günə yığacam hamınızı. Gələcəm!" dedi. O, bizə rəhbər yox, ana olub".

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »