Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ" səfərdə "Vorskla"nı məğlub edib
Ağdamın "Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

İnterAz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri IV turda səfərdə Ukrayna "Vorskla”sını 1:0 hesabı ilə məğlub edib.

Matçda yeganə qolu 13-cü dəqiqədə penaltidən 9 nömrəli hücumçu Araz Abdullayev vurub.

"Qarabağ" bu qələbə sayəsində qrupda ilk xallarını qazanıb və 3 xal ilə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. "Vorskla" kollektivinin də aktivində 3 xal olmasına baxmayaraq, "Qarabağ" qol fərqinə görə Ukrayna komandasına uduzur.

Son xəbərlər
Bütün xəbərlər »