Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaşıqçının cəsədini əridib, quyuya atdılar - Şok məlumat

Camal Qaşıqçının cəsədini parçalara ayırıb, asit turşusu ilə əritdikdən sonra quyuya töküblər.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Cəzirə” agentliyi Türkiyə prokurorluq orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, jurnalistin cəsədinin qalıqları konsulluq bağçasındakı quyuya atılıb.

Orada Türkiyə hüquq-mühafizə orqanlarına axtarış aparmağa icazə verilməsə də, götürülən nümunələrdə asit və digər kimyəvi maddələrə rast gəlinib.

Xatırladaq ki, C.Qaşıqçı 2 oktyabr tarixində Səudiyyənin İstanbul konsulluğunda öldürülüb.

Son xəbərlər
Bütün xəbərlər »