Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4 illik təcrübənin nəticəsi: “Xoşbəxtlik pulda deyil”

Belçikada 4 il davam edən Milli Xoşbəxtlik Araşdırmasının nəticələri açıqlanıb.

Nəticələrə əsasən, çoxlu pul səadət gətirmir. Aylıq gəliri 4500 avrodan çox olan insanlar daha az gəlirli insanlara nisbətən özlərini daha bədbəxt hiss edirlər.

Gent universitetinin alimi professor Liven Annemans və komandasının araşdırmasına əsasən, Belçikada orta aylıq gəlir 1716 avrodur. Cəmiyyətdə beş nəfərdən biri ayda 1000-1500 avro ilə dolanır. Araşdırmaya əsasən, 2000-3000 aylıq gəliri olan insanlar özlərini xoşbəxt sayırlar.

Maraqlıdır ki, ən çox pul qazanan insanlar arasında özünü bədbəxt sayanların sayı kifayət qədər çoxdur. Aylıq gəliri 4500 avro və daha çox olan insanlar həyat şərtlərindən elə də məmnun deyillər. Professor qeyd edir ki, zəngin olmaqdan alınan həzz hissi qısa müddətlidir. Yüksək gəlirli insanlar həm işlərindən, həm də sosial mühitdən narazıdırlar.

Bol gəlir isə stes və tənhalığa səbəb olur. Çox gəlir əldə edən şəxslər “daha çox qazanaq” fikrinin qurbanı olurlar və bu doyumsuzluq həyat keyfiyyətini aşağı salır. (Olke.az)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »