Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tahir Budaqov: "Yoxsulluq səviyyəsi daha da azalacaq"
Azərbaycanda növbəti ildə yaşayış minimumunun 180 manat, ehtiyac meyarının isə 143 manat müəyyən edilməsi təklif olunur.

Trend xəbər verir ki, bu təklifi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən səsləndirib.

Onun sözlərinə görə, yaşayış minimumu ilə bağlı təklif reallığa adekvat olan rəqəmdir: "Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək".

Ehtiyac meyarı ilə bağlı məlumat verən komitə sədri bildirib ki, nəzərdə tutulan həcmin də 2018-ci ildə müəyən edilən ehtiyac meyarından artıq müəyyən edilməsi nəzərdə tutulub: "Bu gün hökumətin apardığı siyasət ehtiyac meyarının yaşayış minimumuna uyğunlaşdırılması və yaxınlaşdırılmasıdir. Bu proses gedir. Növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur".

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »