Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABAD” Factory-nin istehsalat sahələri açıqlandı - Video
“Quba “ABAD” Factory İstehsalat Kompleksində ABADçılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstəriləcək. Həmin sahələr quru meyvələr, qənnadı məmulatları, kompot, süd məhsulları və ət məhsullarıdı”.

Bizimyol.info xəbər verir ki, bu barədə “ABAD” PHŞ-in direktoru Rüfət Elçiyev bildirib.

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “Quba ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Kompleksdə 10 ABADçı ailənin (30 nəfərə yaxın) fəalliyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi artdıqca bu sayın 50 nəfərədək qalxması gözlənilir.

Ramid İbrahimov

https://youtu.be/GX-MRkC6pVc

Son xəbərlər
Bütün xəbərlər »