Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süpürgəçi qətliamı davam edir: "Bütün dövlət qurumları bir araya gəlməlidir" - Açıqlama
Xəbər verdiyimiz kimi bu gün daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Belə ki, 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib.

Bununla bağlı Bizimyol.info-ya danışan yol nəqliyyat üzrə eksper Ərşad Hüseynov bildirib ki, bu xoşagəlməz anoloji halla bağlı bütün dövlət qurumları bir araya gəlməlidir və hərəkətin intensiv olduğu yollarda insan əməyindən istifadə istisna edilməlidir:

"İlk növbədə təhlükəsizlik tədbirləri görülməlidir. Təhlükəsizlik tədbirləri isə ilk növbədə ondan ibarətdir ki, təhlükəli küçələrdə, hərəkətin intensiv olduğu küçələrdə yalnız texnika təmizlik işləri görsün, həmin süpürgəçilər isə məhəllədaxili, hərəkətin intensiv olmadığı küçələrdə işlərini davam etdirsinlər. Birmənalı olaraq sürət həddinin yüksək olduğu, hərəkətin intensiv olduğu yollarda insan əməyindən istifadə istisna edilməlidir.

Təmizlik işlərinin aparılması üçün alınan texnikaların harada olması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərmək lazımdır. Niyə həmin texnikaları istifadə edilmir, mən bu barədə məlumatsızam. O ki qaldı diyircəkli yol nişanlarına, onlar tamamilə əsassız və mənasız şeylər idi. Bütün dövlət qurumları bir araya gəlməlidir və müvafiq tədbirlər görməlidir, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti müvafiq addımlar atmalıdır, təmizlik işçiləri təlimatlandırılmalıdır".

Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »