Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Baku Steel Company" şirkəti 250 işçini məzuniyyətə buraxdı? - Şirkət susur
"Bakıda yerləşən "Baku Steel Company" şirkətinin müəssisəsinin qapısı plomblanaraq işçilər öz hesablarına məzuniyyətə göndərilib".

Bizimyol.info xəbər verir ki, bu barədə adıçəkilən şirkət əməkdaşı redaksiyamıza müraciəti zamanı qeyd edib. O bildirib ki, artıq iki həftədir ki, şirkətin qapısı möhürlənib və 250-yə yaxın işçi öz hesabına məzuniyyətə göndərilib.

Şirkət işçisi həmçinin onu da qeyd edib ki, "Baku Steel Company" şirkətinin Sumqayıtda yerləşən "Azərboru" qolunda da anoloji vəziyyət yaranmaq üzrədir. Belə ki, Sumqayıtda yerləşən və "Baku Steel Company" şirkətinin bir qolu olan "Azərboru" qolunda çalışan işçilərinin də bir ay ərzində öz hesablarına məzuniyyətə göstəriləcəyi bildirilib.

Müraciət edən şəxsin sözlərinə görə "Azərboru" qolunda 450 nəfərə yaxın işçi çalışır.

Məsələ ilə bağlı "Baku Steel Company" şirkətinin mətbuat xidmətinin rəhbəri olan Sevinc Əliyeva ilə əlaqə saxlamağa cəhd etsək də, gün ərzində zənglərimizə cavab veriləcəyi bildirilsə də heç bir cavab verilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı şirkətə informasiya sorğusu göndərilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »