Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parazit qurdlarının törətdiyi infeksiyaya qarşı genetik araşdırmalar aparılır
İnsan orqanizminə daxil olduqdan sonra immun sisteminə mənfi təsir göstərən və infeksion xəstəliklərə səbəb olan parazit qurdlarının genetik quruluşu öyrənilir.

Azərtac bildirir ki, amerikan və ingilis alimlərinin apardığı geniş tədqiqatlar nəticəsində məlum olub ki, bir sıra ölkələrin iqlim şəraitində parazit qurdları tropik xəstəliklərə - milyonlarla insanın məruz qaldığı görmə qabiliyyətinin itirilməsi və onurğa sütunu disproporsiyasına səbəb olur.

Vaşinqton Universitetinin McDonell Genetika İnstitutunun əməkdaşı Makedonka Mitrevanın Britaniyanın Edinburq Universitetindən olan həmkarları ilə birgə apardığı tədqiqatlar göstərib ki, insan bədəninə daxil olan parazit qurdları milyonlarla il ərzində immun sistemimizə uyğunlaşaraq təkamül prosesi keçiblər. Onun sözlərinə görə, genetik araşdırmaların məqsədi həmin qurdların yaratdığı xəstəliklərin qarşısını almaqdır. Belə ki, parazit qurdu infeksiyası uzun illər davam edir və orqanizmdə müxtəlif xəstəliklərə, xüsusən uşaqlarda inkişafın pozulmasına səbəb olurlar.

Müasir tibb elmi parazit qurdları ilə mübarizədə "Sanofi", "GSK" və "Jonson&Jonson" firmalarının dərmanlarından istifadə etməyi tövsiyə edir. Lakin bu preparatların təsiri güclü deyil və istehsalı da məhduddur. Yeni tədqiqatların əsas məqsədi də parazit qurdlarının 81 növünün genetik strukturunun öyrənilməsi və onların bədənə daxil olmasının qarşısının alınmasıdır. Artıq laboratoriya şəraitində bu qurdların əvvəllər rast gəlinməyən milyondan çox genləri aşkar olunub. Bu genetik yeniliklər isə infeksiyaya qarşı daha təsirli preparatların hazırlanmasına kömək edəcək.

Edinburq Universitetinin professoru Avril Koqlan bildirib ki, parazit qurdlarına qarşı hazırda istifadə olunan preparatlardan daha fərqli tərkibi olan yeni dərmanlar hazırlanır və yaxın gələcəkdə heyvanlar üzərində sınaqdan keçiriləcək.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »