Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ailənin ölümünə səbəb olan sürücüyə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.Bizimyol.info xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik ediyi kollegiyanın hökmü ilə o, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi "KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri - Şəmkir rayon sakinləri Gülnar İsmayılova və qadının 4 yaşlı övladı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Məlumata görə, Xaçmazda yaşan Z.Şahmuradov həmin gün minik avtomobili ilə Şəmkirdən qayıdırmış. Bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Hadisədən əvvəl qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə Z.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »