Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın əri və qayınanası tərəfindən amansızca döyüldü
Mingəçevirdə ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

"Report" bildirir ki, hadisə ailənin yaşadığı Heydər Əliyev prospekti, 66/25, mənzil, 6-da qeydə alınıb.

1985-ci il təvəllüdlü gəlin Abdurəhmanova Tünzalə Sehman qızı ailə münaqişəsi zəminində doğmaları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən qadının bədəninin əksər nahiyələrində gematoma qeydə alınıb. Ona ilkin tibbi yardım göstərilib.

Əldə edilən ilkin məlumata görə, gəlin həyat yoldaşı və qayınanası tərəfindən təhqir olunaraq amansızcasına döyülüb. Münaqişənin əsl səbəbi isə hələ ki, məlum deyil.

Hadisə ilə bağlı şəhər Polis şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »