Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təkcə vəzifədən gedən deyil, hazırda vəzifədə olan məmurların da fəaliyyəti yoxlanılmalıdır”
Bu gün Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı təklif edib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobillər hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bizimyol.info-ya bildirib ki, hüquq mühafizə orqanları məmurlar vəzifədə olarkən araşdırma aparıb hüquqi tədbir görməlidir:

“Məmur vəzifədən çıxandan sonra onun haqqında araşdırma aparılıb hüquqi tədbirlər görülürsə, deməli məmurların qarantı rolunda qanunlar deyil, onları vəzifələri çıxış edir. Məmurlar vəzifədə olarkən hüquq mühafizə orqanları və anti-korrupsiya komitəsi səlahiyyəti və imkanı var ki, vəzifə səlahiyyətlərini aşmış şəxslər haqqında yoxlama aparsın və ictimailəşdirsin”.

Ekspert bildirib ki, Azərbaycanda məmurlar vəzifədən gedəndən sonra onların korrupsiya əməlləri haqqında məlumatlar yayılır: “Məmurlar əməlləri haqqında hamının bildiyi məsələlər vəzifədən gedən sonra ictimailəşir. Bu, doğru yanaşma deyil. Təkcə vəzifədən gedən məmurların deyil, hazırda vəzifədə olan məmurların da fəliyyəti araşdırılmalı, onların korrupsiya əməllərində iştirak edib-etməməsi yoxlanılmalıdır”.

Ramid İbrahimov

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »