Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HDP-li millət vəkili şəhid türk əsgərini təhqir etdi - Video

Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə, Əmək və Sosial İşlər üzrə Komissiyasında 11 saat davam edən görüşdə sərt mübahisələr yaşanıb.

Mübahisələrin qaynağı PKK terror təşkilatının siyasi qanadı olan HDP-li millət vəkilinin sözləri olub.

Millət vəkili Sərpil Kamalbay açıq bir şəkildə PKK terror təşkilatının müdafiəsinə qalxıb. O, Tuncəli vilayətində donaraq şəhid olan Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinin ünvanına təhqiredici fikirlər səsləndirib.

“Əsas olaraq, bu əsgərlərin orada olmaması lazım idi. Bu əsgərlərin müharibə siyasətinin nəticəsi olaraq orada olduqlarını və savaş, hücum olmasaydı, bu gün həyatda olacaqlarını söyləmək ən önəmli məsələdir”-, millət vəkili deyib.

Türkiyə Silahlı Qüvvələrininin ünvanına həqarətlər yağdıran HDP-li vəkil Afrinin terrorçulardan təmizlənməsi hərəkatını işğalçılıq adlandırıb. (Publika.az)

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »