Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmişli və Şamaxı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil veriləcək
İmişli və Şamaxı rayonlarında inşası artıq başa çatmış çoxmənzilli yaşayış evləri yaxın vaxtlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizimyol.info-ya verilən məlumata görə, bu kateqoriyalardan olanlar üçün bölgələrdə fərdi evlərin inşası, yeni mənzillərin alınması prosesi də davam edir .

Nazirliyinin sifarişi ilə bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonunda tikilən 54 mənzilli və Şamaxı rayonunda tikilən 36 mənzilli yaşayış binalarının inşası artıq başa çatdırılıb. Yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyət-bacasında abadlaşdırma işləri görülüb.

Respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 67 fərdi evin inşası işləri də aparılır. Onlardan artıq əksər evlərin tikinti işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, nazirlik tərəfindən həmin insanlar üçün hazır yaşayış binalarından təmirli mənzillərin satın alınması ilə bağlı işlər davam etdirilir. İnşası başa çatmış fərdi evlər və alınmış mənzillər də yaxın vaxtlarda istifadəyə veriləcək.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »