Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cərimələrdən yığılan pulun bir hissəsi MM-in aparat işçilərinin maaşına əlavə edilsin

“Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamına əsasən, mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır. Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün”.

Bizimyol.info-un Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi Milli Məclisin aparat işçilərinin əmək haqqına əlavə edilməlidir: “Milli Məclis dövlətin müstəqil qurumudur”.

Son xəbərlər
Bütün xəbərlər »